Hüquqi

Məxfilik Siyasəti

Məlumatlarınızı necə topladığımız, emal etdiyimiz və qoruduğumuz haqqında.

Son yenilənmə tarixi: 04.04.2026

Eticksystem (bundan sonra — "Biz", "Platforma") olaraq, istifadəçilərimizin şəxsi məlumatlarının qorunmasına və məxfiliyinə böyük önəm veririk. Bu sənəd, eticksystem.com saytından istifadə zamanı hansı məlumatların toplandığını, onların emalını və təhlükəsizlik qaydalarını izah edir.

1. Toplanılan Məlumatlar

Platformadan istifadə zamanı aşağıdakı məlumatlar toplana bilər:

  • Fərdi Məlumatlar: Ad, soyad, e-poçt ünvanı, əlaqə nömrəsi.
  • Təşkilatçı Məlumatları: Tədbir detalları, bank rekvizitləri (yalnız hesablaşmalar üçün).
  • Texniki Məlumatlar: IP ünvanı, brauzer növü, cihaz məlumatları, əməliyyat sistemi və kuki (cookie) faylları.
  • İstifadə Davranışları: Sayt daxilindəki hərəkətlər, kliklənən bölmələr və sessiya müddəti.
  • Digər Məlumatlar: Xidmət keyfiyyətini artırmaq, platformanı fərdiləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə sistem tərəfindən avtomatik qeydə alınan loqlar, yerləşmə məlumatları (istifadəçi icazəsi ilə) və gələcəkdə əlavə olunacaq funksiyaların icrası üçün zəruri olan və s. digər məlumatlar toplana bilər.

2. Məlumatların Emalı Məqsədləri

Toplanılan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • İstifadəçi hesabının yaradılması və autentifikasiyası.
  • Biletlərin emalı, satışı və elektron formatda çatdırılması.
  • Tədbir təşkilatçılarına real-time analitika və hesabatların təqdim edilməsi.
  • "Push" bildirişlər və e-poçt vasitəsilə tədbir yeniliklərinin çatdırılması.
  • Sistemin təhlükəsizliyinin monitorinqi və fırıldaqçılığın qarşısının alınması.
  • 7/24 texniki dəstək xidmətinin təmin edilməsi.

3. Ödəniş Təhlükəsizliyi

Eticksystem, istifadəçilərin tam kart məlumatlarını (kart nömrəsi, CVV və s.) öz serverlərində saxlamır. Bütün onlayn ödənişlər PCI DSS standartlarına uyğun, xüsusi lisenziyalı və təhlükəsiz ödəniş şlüzləri vasitəsilə şifrələnmiş şəkildə həyata keçirilir.

4. Məlumatların Üçüncü Tərəflərlə Paylaşılması

Sizin şəxsi məlumatlarınız üçüncü tərəflərə satılmır. Lakin xidmətin icrası üçün məlumatlar aşağıdakı tərəflərlə paylaşıla bilər:

  • Tədbir Təşkilatçıları: Bilet alanların siyahısı yalnız həmin tədbirin təşkilatçısına təqdim olunur (bilet yoxlanışı üçün).
  • Qanuni Tələblər: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dövlət orqanlarının rəsmi sorğusu əsasında.
  • Texniki Provayderlər: Server və SMS xidmətləri kimi infrastruktur tərəfdaşları (yalnız xidmətin göstərilməsi üçün zəruri həcmdə).

5. Kuki (Cookie) Siyasəti

Platformanın performansını optimallaşdırmaq üçün kuki fayllarından istifadə olunur. Brauzer parametrləriniz vasitəsilə kukiləri rədd edə bilərsiniz, lakin saytın bəzi funksiyaları (məsələn, hesaba giriş) məhdudlaşa bilər.

6. Məlumatlara Çıxış və Silmə Hüququ

Hər bir istifadəçi öz şəxsi məlumatlarını yeniləmək, düzəltmək və ya sistemdən tam silinməsini tələb etmək hüququna malikdir. Bunun üçün info@eticksystem.com ünvanı ilə əlaqə saxlayın.

7. Təhlükəsizlik Tədbirləri

Məlumatların itirilməsinin, icazəsiz istifadəsinin və ya dəyişdirilməsinin qarşısını almaq üçün SSL şifrələmə və digər müasir kibertəhlükəsizlik üsullarından istifadə edirik. Bununla belə, internet üzərindən ötürülən heç bir məlumatın 100% təhlükəsiz olduğuna zəmanət verilə bilməz.

8. Dəyişikliklər

Eticksystem bu Məxfilik Siyasətini istənilən vaxt yeniləyə bilər. Dəyişikliklər saytda dərc olunduğu andan qüvvəyə minir.

9. Əlaqə

Məxfiliklə bağlı suallar üçün:
E-poçt: info@eticksystem.com
Veb sayt: eticksystem.com